XİN: Ötən il Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişafı uğurla davam etdirilib

13:37 16 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:32 ]

Bakı. Məlahət Nəcəfova - APA. “2014-cü ildə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi uğurla davam etdirilib”.

APA-nın xəbərinə görə, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat buraxılışında yer alıb.

 

Məlumatda qeyd edilib ki, bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinin təşviqi Azərbaycanın Aİ ilə münasibətlərinin özəyini təşkil edir: “Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi işgüzar dairələr arasında əlaqələrin artırılması, turizmin genişləndirilməsi, xüsusən elm, təhsil və tədqiqat sahəsində çalışan Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərinin asanlaşdırılmasına xidmət edəcək. Azərbaycanın Aİ proqramlarında iştirakına dair imzalanmış protokol müvafiq dövlət qurumlarında kadr potensialının gücləndirilməsi, iqtisadi, mədəni və humanitar sahədə təcrübə mübadiləsinə şərait yaradır”. 

 

Hesabata əsasən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, eləcə də bir çox Aİ üzv dövlətləri ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri Azərbaycanın bu təşkilatla əməkdaşlığının strateji ruhda köklənməsini zəruri edir. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR