Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Lovayın kəndində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sədail Qasımov, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, Lovayın kənd məscidinin İmamı Nurəddin Mərufov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlar zamanıgənclərin kənar təsirlərdən qorunmasında mənəvi dəyərlərin yeri və rolu müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin xalqımızın mənəvi dəyərlərinin qorunması sahəsində gördüyü işlərdən, habelə gənclərə göstərilən qayğıdan bəhs edilib.

“Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində növbəti tədbir

“Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində növbəti tədbir

“Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində növbəti tədbir