Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar sənədli filmlər nümayiş olunur

14:28 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyaları tərəfindən Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir.
Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, rejissor Kəmalə Musazadənin Milli Qəhrəman Gültəkin Əsgərova haqqında çəkdiyi “Gültəkin” və rejissor Yalçın Verdiyevin Milli Qəhrəman Qorxmaz Eyvazov haqqında lentə aldığı “Adına yaraşan oğul” sənədli filmləri Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.
Filmlərin nümayişindən sonra, tədbirdə iştirak edən “Gültəkin” filminin rejissoru Kəmalə Musazadə, sənədli lentin çəkilişi barədə məlumat verib və bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını söyləyib.
Hazırda “Adına yaraşan oğul” və Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən “Mübarizlik zirvəsi” filmləri təqdim edilir.
Yanvarın 19-da isə Milli Qəhrəman Nizami Məmmədov haqqında çəkilən “Ömrümün şah zirvəsi”, həmçinin “Gültəkin” və “Mübarizlik zirvəsi” filmləri nümayiş olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR