“Report” xəbər verir ki, bu sözləri Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində Azərbaycan təmsilçisi Kamran Süleymanov (60 kq) deyib.
Onun sözlərinə görə, 55 kq çəki dərəcəsində güləşdiyinə görə, 60 kq-da mübarizə aparmaq onun üçün bir o qədər əlverişli olmayıb: “Həmişə 55 kq çəki dərəcəsində güləşmişəm. Məşqçilər mənə etimad göstərərək, 60 kq-da çıxış etməyimə razı oldular. Onlara minnətdarlığımı bildirirəm ki, mənə bu çəkidə mübarizə aparmağa şans verdilər. Fikrimcə, mən də onların ümidlərini doğrulda bildim".
K.Süleymanovun sözlərinə görə, finala qədər bütün görüşlər o qədər də asan keçməyib: “İkinci görüşüm çox güclü rəqib, Ukrayna təmsilçisi Vladislav Kazimirovla oldu. Düzdür, Turan Bayramov onu 2 dəfə məğlub etmişdi. Çox çətin keçən görüşdə ona ipponla qalib gəldim.
Yarımfinal görüşüm də ağır oldu. Buna baxmayaraq, qırğızıstanlı Çingizxan Saqnaliyevi ipponla məğlub etdim. Mənim üzərimdə əməyi keçən hər kəsə, xüsusən şəxsi məşqçim Zülfüqar Bayramova və İbrahim müəllimə təşəkkürümü bildirirəm".