"Millionaire Concept Baku" diqqətləri cəlb etdi - FOTOLAR

Paytaxtımızda "Millionaire Concept" layihəsi nəzdində ilk dəfə keçrilən, "Millionaire Concept Baku" maraqlı və unudulmaz anlarla yadda qaldı.

Metbuat.az xəbər verir ki, "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkil etdiyi gecəyə türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert, sosial şəbəkədə məşhurluq qazanan üç bacı, dəb bloqerləri Nadine, Farah və Alice Abdelaziz kimi populyar simalar qatılıb. Qonaqlar əvvəlcə «Atəşgah» rəqs qrupu tərəfindən möhtəşəm “fire show” izləyiblər. Daha sonra isə gecənin rəsmi hissəsi baş tutub.

Layihəni dəstəkləyən "The Luxury Network" beynəlxalq şirkətinin Türkiyə üzrə təmsilçisi Erdem Akçıl çıxış edərək bildirib ki, "Millionaire Concept" olduğca faydalı bir layihədir və məqsədi ölkələr arasında turizm sektorunun inkişafına böyük töhfə verməkdir. Layihənin ideya müəllifi Aqil Məmiyev isə qeyd etdi ki, paytaxtımız üçün maraqlı və faydalı hesab olunan belə tədbirlərin il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır.

Çıxışlardan sonra “Kengerli Baku”, “Gunel Behbudova” və “Noora Brand” kimi məşhur brendlərinin dəb kolleksiyası nümayiş olunub. Tədbirdə iştirakçılar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını da əldə ediblər. Daha sonra gecənin mükafatlandırma hissəsinə start verilib. Mükafatçılar arasında İvana Sert, dəb bloqqerləri Nadine, Farah və Alice Abdelaziz, memar Mohamad Chamma, layihənin ulduz yerli səfirləri arasında, xalq artisti Faiq Ağayev, müğənni Zamiq Hüseynov, iş adamlarından Ramil Rzayev, Cəlal Kəngərli və Ruslan Mamedov, tibb sahəsindən, Dr. Azay Musayeva və Dr. Vüqar Ələkbərov, moda və dəb sektorundan, Fuad Hacıyev, Günel Behbudova,Əminə Amin və digər tanınmış simalar var idi. Mükafatları ulduzlara gecənin aparıcıları Samir Bayramlı və Nura Suri təqdim etdilər. Daha sonra gecə DJ Çinanın möhtəşəm performansı ilə davam etdi.

Marka İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) tərəfindən rəsmi dəstəklənir.

Qeyd edək ki, layihənin təşkilatçıları Aqil Məmiyev, Nərmin Səfərova, Əliağa Kürçaylı və Elxan Hüseyndir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR