İcra başçısı sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib

İcra başçısı sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib
15:32 17 Oktyabr 2019
504 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ən böyük yaşayış məntəqələrindən olan Boladı kəndində keçirib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, İcra aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə müraciət edən vətəndaşlar həssaslıqla dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərlin iştirakı ilə aydınlıq gətirilib.
Qaldırılan məsələlər əsasən yerindəcə həllini tapmış, vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərarə alınıb. Səyyar qəbuldan razılıq edən sakinlər əvvəllki müraciətləri zamanı onları narahat etmiş problem məsələlərin həlli ilə bağlı görülmüş işlərə görə ölkə rəhbərliyinin ünvanına minnətdarlıq ifadə ediblər. Çıxışlarda ümumilikdə ölkədə sosial-iqtisadi inkişafla bağlı aparılan siyasət tamamilə dəstəklənib, uğurla həyata keçirilən islahatlar, maaş və müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, tibbi sığortanın tətbiqinin qərarə alınması əhalinin rifah-halının yaxşılaşmasına yönələn təbdirlər kimi dəyərləndirilib. Çıxışlarda bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da sisial-iqtisadi inkişafın getdikcə sürtətlənməsindən, yeni yol layihələrinin icrasından, genişmiqyaslı tikinti-abadlıq və mədəni quruculuq işlərindən, sakinlərin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatından məmnunluq ifadə olunub. Qeyd olunub ki, rayonda sahibkarlığın inkişafına verilən dəstək və biznes mühitinin yaxşılaşmasına yaradılan şərait hesabına Boladı kəndində də sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr əldə olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı hesabına fərdi təsərrüfatlarda 70 hektarda buğda, 40 hektarda kartof, 340 hektarda tərəvəz bitkiləri əkilib, 388 kq barama istehsal olunub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə iş üçün müraciət etmiş 16 nəfər kənd sakini haqqı ödənilən ictimai işlərə cəlb olunub. İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq vətəndaşların müraciətlərinə baxılmasına diqqətin daha da artırılmaslı ilə bağlı məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.



Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/i-cra-bascisi-sakinlerle-novbeti-seyyar-qebul-gorusunu-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR