Qərbin "etnik təmizləmə" böhtanına Türkiyədən cavab:

Türkiyə Müdafiə naziri Hulusi Akar Suriyadakı proseslərlə bağlı açıqlama verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Hulusi Akar Soçi razılaşmasının normal və planlaşdırıldığı kimi getdiyini deyib:

"1500 saat 29 oktyabr 18:00-da bitir. O zamana qədər hadisələri yaxından izləyəcəyik. Sonrakı vəziyyəti təkrar dəyərləndirib lazım olanı edəcəyik".

Qərb mediasında yer alan "Türkiyə etnik təmizləmə aparır" böhtanlarına cavab olaraq Akar deyib:

"Etnik təmizləmə bu qədər asanlıqla istifadə ediləcək kəlmə deyil. Həqiqətlə heç bir əlaqəsi olmadığı halda bunların yazılması, danışılması əxlaqi deyil. Hər hansı bir şəkildə insan haqlarının pozulması, kimyəvi silah kimi insanlıq xarici silah tətbiqləri mövcud deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR