Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
00:12 1 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/798756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR