Makedoniyanın Skopye şəhərində şotokan karate-do üzrə keçirilən Avropa çempionatı yekunlaşıb.
Publika.az məlumat verir ki, noyabrın 1-dən 3-dək davam edən turnirdə bir neçə çəki dərəcəsində medalçılar müəyyənləşib. Yarışda iştirak edən Baş prokurorluğun Ağır cinayətlərə Dair işlər Üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin əməkdaşı Elnur Əhmədov bürünc medal qazanıb.
