Nazilə Səfərli: “Qayınana yanında qalan gəlin...” – VİDEO

Nazilə Səfərli: “Qayınana yanında qalan gəlin...” – VİDEO
17:18 11 Noyabr 2019
150 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin “Hüseynova bacıları” verilişi şairə Nazilə Səfərlinin evində qonaq olub.

Publika.az xəbər verir ki, verilişin aparıcıları Ülviyyə Əliyeva və Xuraman Əlizadəni qarşılayan şairə qonaqlarına sobada balıq hazırlayıb.

Yemək bişirmə əsnasında maraqlı söhbət alınıb:

“Qayınana yanında qalan gəlin özünə status qazanır. Qayınananın nəyinə lazımdır əsəblərini korlasın. O, illərdir bilirsiz niyə yaman olub? Çünki qayınananın artıq səbri daşıb. Gəlinin nə vecinədir? Cehizi ata, evi qayınata, qızıllarını isə qayınana alır. Yığıb gətiriblər, geyinib olub gəlin. Bəs bunu saxlamaq? Bu artıq keçməli olduğun məktəbdir”.

Aparıcı Ülviyyənin “Nəvə istəyirsən?” sualına Nazilə Səfərli təəccübləndirən cavab verib:

“Dəlidən doğru xəbər. Bir baxarsınız ana oldum, nənə yox. Həyatdır hər şey ola bilər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/295802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR