Ukrayna və Ermənistan arasında gərginlik - Kiyevdən şok bəyanat

Ukrayna və Ermənistan arasında gərginlik - Kiyevdən şok bəyanat
20:57 13 Noyabr 2019
149 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarının işğal altındakı Krım bölgəsinə qanunsuz səfərləri ilə bağlı bəyanat yayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bəyanatda ermənilərdən Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə qanunsuz səfər etdiyi bildirilib.

Səfirlik Ermənistan vətəndaşlarını işğal bölgəsinə getmək qaydalarına əməl etməyə çağırıb.

Səfirliyin açıqlamasında bir qrup Ermənistan vətəndaşının Krım ərazisinə növbəti qanunsuz səfəri barədə məlumatın verildiyi və işğal olunmuş ərazilərə giriş qaydalarını pozduğu qeyd edilib.

Açıqlamada bu addımın cinayət xarakterli olduğu bildirilib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan açıqlama yayaraq, Ukrayna tərəfinin bu ittihamını təkzib edib: "Ermənistan beynəlxalq öhdəliklərə sadiqdir və beynəlxalq insan haqları çərçivəsində heç vaxt öz vətəndaşlarının sərbəst hərəkətinə mane olmur".

Rəsmi İrəvanın bu cavabı Kiyevi qane etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR