“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin yubiley-hesabat tədbiri keçirildi - FOTO

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin yubiley-hesabat tədbiri keçirildi - FOTO
16:42 17 Noyabr 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin yubiley-hesabat tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin giriş hissəsində təşkilatın 1 il ərzində gördüyü işlərlə bağlı hazırlanan hesabat videoçarxı  nümayiş etdirildi. Videoçarx izlənildikdən sonra təşkilatın təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski təşkilatın 1 il ərzində gördüyü işlərdən və gənclərin prespektivlərindən bəhs edib. E.Talışınski tədbir iştirakçılarını Milli dirçəliş günü münasibətilə də təbrik edib. O, xüsusilə təşkilatda gənclərin çox olması, onların təşkilatın işlərinə maraq göstərməsinin sevindirici hal olduğunu vurğulayıb. O, qloballaşan dünyada hər bir xalqın milli dəyərlərə sadiq olması, milliliyini qoruyub saxlamasını ən vacib şərt olduğunu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinə dəstək verilməsini zəruri hesab etdiyini qeyd edib.

Tədbirdə baş kulturoloq, professor Fuad Məmmədov çıxış edərək ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirib. O, öz çıxışında geridə qalan il ərzində təşkilatın layihələrinin çox maraqlı və genişmiqyaslı olduğunu, milli mənəvi dəyərlər sistemində xüsusi yeri olan dini dəyərlərə də diqqət ayrılmasının müsbət hal olduğunu qeyd edib.

Sonra söz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzdində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılova verildi. O, təşkilatın 1 illik yubileyi münasibəti ilə ictimai birliyin rəhbərliyini və gənc fəal üzvlərini təbrik edib. M.İsmayılov bildirib ki, təşkilat 1 il ərzində olduqca maraqlı və cəmiyyətə faydalı tədbirlər həyata keçirmiş, qarşısına qoyduğu məqsəd və vəzifələrə nail olmuşdur. Həqiqətən də ictimai birliyin fəaliyyəti təqdirəlayiqdir.

Sonra Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri İlkin Əlimuradov çıxış edərək ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirib. O, öz çıxışında geridə qalan il ərzində təşkilatın layihələrinin çox maraqlı və genişmiqyaslı olduğunu, milli mənəvi dəyərlər sistemində xüsusi yeri olan dini dəyərlərə də diqqət ayrılmasının müsbət hal olduğunu qeyd edib

Daha sonra Dünya Azərbaycanlıları Gənclərinin Beynəlxalq Həmrəyliyi İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə söz verilib. T.Əli-zadə, hər kəsi yubiley münasibətilə təbrik edib və təşkilatın fəaliyyətinin uğurlu olduğunu vurğulayıb. O, bir çox tədbirlərdə şəxsən iştirak etdiyini və qısa müddətdə təşkilatın həqiqətən də cəmiyyətdə kifayət qədər tanındığını söyləyib.

Tədbirdə həmçinin təşkilatın gənc üzvləri tərəfindən hazırlanan proqram nümayiş etdirilib, 1 il ərzində həyata keçirilən layihələr haqqında hər kəsə məlumat verilib.

Tədbir müharibə qaziləri, QHT rəhbərləri və dövlət qurumlarının nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda bayram süfrəsi təşkil edilib və xatirə fotoşəkli çəkdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/802958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR