Hökumət binasının təhlükəsizliyi gücləndirildi -

Gürcüstanın hökumət administrasiyasının binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Metbuat.az xəbər verir ki, buna səbəb müxalifət partiyaları nümayəndələri və ictimai fəalların bu gün saat 11:00-a hökumət binası qarşısında təyin etdikləri etiraz aksiyasıdır.

Aksiyada seçki sisteminin dəyişdirilməsi tələb olunacaq.

Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub.

Hazırda Nazirlər Kabinetinin binasında hökumətin iclası keçirilir. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR