ABŞ prezidenti Donald Tramp Honq-Konqdakı aksiyalarla bağlı danışıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Fox News" kanalında yayımlanan proqrama telefonla bağlanan ABŞ lideri Çinə qarşı Honq-Konqu qoruduğunu deyib:
"Mən olmasaydım, Honq-Konq 14 dəqiqədə yer üzündən silinmiş olardı. Çin prezidenti Xi Jinpinq Honq-Konqdan kənarda 1 milyon əsgər saxlayır və sırf mən istədim deyə bu əsgərlər içəri girmir. Mən Jinpinqə dedim ki, bunu etmə, bunun ticarət anlaşmasına çox mənfi təsiri olacaq".
Çin ilə əldə olunacaq bir ticarət razılaşmasının əhəmiyyətli olduğunu vurğulayan Tramp həmçinin əlavə edib ki, Honq-Konqun yanında olmalıdılar və ABŞ eyni zamanda Çin Liderinin də yanındadır.