“Mercedes” divara çırpıldı: 1 ölü, 1 yaralı

“Mercedes” divara çırpıldı: 1 ölü, 1 yaralı
10:12 28 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Nəticədə Əlimərdanlı kənd sakini Aliyev Əhliman Fəzail oğlu  hadisə yerində ölüb, həmkəndlisi Muradov Rauf Arif oğlu isə ağır yaralanıb.

Xəsarət alan R.Muradov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR