“Sual olunur ki, nə üçün parlament buraxılır?” -

Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki təmsilçisi Fəzail İbrahimli mətbuatda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirləri tənqid edib.

Metbuat.az xəbər verir ki, deputat bunun kökündən yanlış olduğunu vurğulayıb:

“Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yanlışdır. Burada kifayət qədər intellektual insanlar var”.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də çıxışında Fəzail İbrahimlinin fikirlərini dəstəkləyib. Parlamentin zəiflik səbəbindən deyil, ölkədə aparılan islahatlarla bağlı buraxılmalı olduğunu nəzərə çatdırıb. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR