Astroloji proqnoza görə, oktyabrın 26-dan noyabrın 1-dək olan həftədə karyera, şəxsi münasibətlər, maliyyə və gələcək planlar ön plana çıxacaq. Xüsusilə həftənin ikinci yarısında yeni qərarlar vermək və uzun müddətdir təxirə salınan işləri hərəkətə gətirmək üçün əlverişli dövrün başlayacağı bildirilir.

Metbuat.az xarici mediaya istinadən bürclər üzrə həftəlik proqnozu təqdim edir:

Qoç

Karyera sahəsində canlanma gözlənilir. Uzun müddətdir nəticəsini gözlədiyiniz məsələ ilə bağlı konkret addım atmaq vaxtı çata bilər.

Buğa

Şəxsi münasibətlərdə açıq ünsiyyət ön plana çıxacaq. Birgə qərarların və ortaq planların həyata keçirilməsi sürətlənə bilər.

Əkizlər

İş və gündəlik həyatın tempi artacaq. Yarımçıq qalan işləri qaydaya salmaq və gündəlik rejimi yenidən təşkil etmək üçün münasib həftə ola bilər.

Xərçəng

Sevgi həyatı və sosial münasibətlər canlanacaq. Yeni planlar və xoş görüşlər əhvalınıza müsbət təsir göstərəcək

Şir

Ev və ailə məsələləri diqqət mərkəzinə keçəcək. Köç, yaşayış şəraitinin dəyişdirilməsi və ya ailə ilə bağlı məsələlərdə konkret qərarlar gündəmə gələ bilər.

Qız

Ünsiyyət və görüşlər intensivləşəcək. Gözlədiyiniz bir danışıq və ya razılaşma düşündüyünüzdən daha asan irəliləyə bilər.

Tərəzi

Maliyyə məsələlərində daha sabit vəziyyət yaratmaq istəyəcəksiniz. Xərcləri azaltmaq və yeni gəlir planı hazırlamaq əsas mövzulardan biri ola bilər.

Əqrəb

Sevgi münasibətlərində istək və gözləntilərinizi daha aydın anlamağa çalışacaqsınız. Özünüzlə bağlı mühüm qərar vermək ehtimalınız da var.

Oxatan

Bir qədər geri çəkilmək və dincəlmək ehtiyacı hiss edə bilərsiniz. Sizi yoran məsələləri geridə qoymaq və özünüzə vaxt ayırmaq önəm qazanacaq.

Oğlaq

Dostluq münasibətləri və sosial çevrənizdə hərəkətlilik artacaq. Dostunuzdan alacağınız dəstək yeni məqsədə yönəlməyinizə kömək edə bilər.

Dolça

Şəxsi dəyişikliklər və yeni başlanğıclar gündəmə gələcək. Uzun müddətdir təxirə saldığınız qərarları həyata keçirmək üçün motivasiyanız arta bilər.

Balıqlar

Karyera və gələcək hədəfləriniz diqqət mərkəzində olacaq. Məqsədlərinizə çatmaq üçün daha intizamlı və qətiyyətli davranmağa çalışacaqsınız.