Sabahın hava proqnozu - QAR YAĞACAQ

Dekabr 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 748 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabr 3-də havanın arabir yağınıtlı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 3-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR