Sabirabad rayonunda uşaq ölümü baş verib.

Metbuat.az "Apa"-ya istinadən bildirir ki, hadisə Sabirabad rayon Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.