Balıqçıların axtarışı üçün Azərbaycan helikopter göndərdi

Azərbaycan sərhədçiləri Qardabani rayonunun Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargölündə itkin düşmüş balıqçıların axtarışına cəlb edilib.

Metbuat.az "Apa"ya istinadən bildirir ki, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfindən axtarış xilasetmə işlərinə helikopter cəlb edilib.

Qeyd edək ki, Candargölündə içərisində üç balıqçının olduğu qayığı külək aşırıb. Balıqçılardan yalnız biri sahilə çıxmağa müvəffəq olub və o, Gürcüstan Fövqəladə Hallar Xidmətinin qaynar xidmətinə zəng edərək yardım çağırıb.

İtkin düşmüş şəxslərin qohumları balıqçıların daha əvvəl gölün Azərbaycan sahilində olduğunu bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR