Salyan rayonunda bıçaqlanan iki nəfərin vəziyyəti ağırdır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

14:05

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.