Bakı. Trend:
Yeni illə bağlı iş və istirahət günlərinin yeri dəyişdirilib.
Trend-in məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Sənəddə bildirilir: İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin