Baş nazirinin təyyarəsi anqara çırpılıb -

Kanadanın Baş naziri Castin Trüdonun əsas təyyarəsi 2020-ci ilin avqust ayına qədər sıradan çıxıb.

Metbuat.az bildirir ki, bu barədə CTV kanalı Kanada Silahlı Qüvvələrinə istinadla xəbər verib.

Telekanalın məlumatına görə, hadisə oktyabrın 18-də Ontario əyalətinin Trenton şəhərində hərbi bazada baş verib. Həmin vaxt təyyarə anqara çırpılıb. Nəticədə, hava gəmisinə ciddi zərər dəyib.

O da vurğulanır ki, təyyarə Baş naziri beynəlxalq tədbirə aparırmış. Trüdo Londonda NATO-nun sammitinə HHQ-nin başqa təyyarəsində uçub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR