Mühafizəçi liftin şaxtasına düşüb öldü

Bakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Abşeron Construction" inşaat şirkətinə məxsus "Naxçıvan Residence" yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb.

Faktla bağlı cinayət işi başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR