Azərbaycan qadınları kişilərdən

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.

Metbuat.az-ın xəbərinə görə, Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:

“2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.

Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək.

DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR