DİN qaçırılan qızla bağlı açıqlama yaydı

DİN qaçırılan qızla bağlı açıqlama yaydı
14:17 4 Dekabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Yevlax rayonunda qızın zorla qaçırılması və ailəsindən gizlədilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, rəsmi açıqlamada qeyd olunub ki, səhifələrin birində - "Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar" - qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

Dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb. Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib.

Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR