Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında könüllü hərbi birləşmələr yaradır.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Təlimlərə SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Növbəti təlimlərin fevralın 1-9-u aralığında Kəlbəcər meşələrində, Tərtər çayı sahilində keçirilməsi planlaşdırılır. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.

Onların həyata keçirdiyi təlimlərin videogörüntülərin sonuncusunda ABŞ-ın Nyu-Yrok şəhərində yaşayan 27 yaşlı Vartan adlı riyaziyyat müəllimi danışır. Təlimlərə könüllü kimi qatılan diaspor ermənisi təlimlərin videosunu da paylaşır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR