Xoşqədəm efirə çıxmaya bilər - SƏBƏB -

Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramının layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı bu gün efirə çıxmaya bilər. Dünən səsi tutulmuş vəziyyətdə efirə çıxan jurnalistin səsi efirdən sonra təmamən batıb.

Metbuat.az xəbər verir ki, X.Hidayətqızı Baku.ws-ə açıqlamasında, səsinin təmamilə batdığını bildirdi:

"Səsim təmamən yoxdur. Hər kəslə yazıyla danışıram. Bəlkə efirə çıxmadım. Bundan əvvəl də bir dəfə səsim tutulmuşdu. Həkim xəbərdarlıq etmişdi ki, bir də belə olarsa, səsinin açılması çox çətin olacaq. Bu da bu...

Dünən o vəzıyyətdə efirə çıxmamalıydım. Həkimə inad çıxdım, indi nəfəs belə ala bilmirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR