MİDA-nın aparat rəhbəri vəzifəsinə

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub.

Metbuat.az bildirir ki, qurumdan verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib.

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb.

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR