Bu il Azərbaycanda həyata keçirilən kadr islahatları ali təhsil müəssisələrindən də yan keçməyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında bir neçə təhsil ocağının rektoru dəyişdirilib, yeni təyinatlar olub.

Metbuat.az 2019-cu ildə rektor təyin edilən şəxslərlə bağlı məlumatları oxuculara təqdim edir:

Martın 11-də Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib. E. Babayev bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub. BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən kənarlaşdırılıb.

Azərbaycanda rektor təyinatları: Bu il kimlərə vəzifə verildi? -

Aprelin 3-də Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib. H.Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə Kənd Təsərrüfatı naziri işləyib.

Azərbaycanda rektor təyinatları: Bu il kimlərə vəzifə verildi? -

İyulun 31-də Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.

Azərbaycanda rektor təyinatları: Bu il kimlərə vəzifə verildi? -

Həmin gün Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru işləyib.

Azərbaycanda rektor təyinatları: Bu il kimlərə vəzifə verildi? -

Dekabrın 3-də Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Elbrus İsayev təyinat alıb. E.İsayev bunadək Naxçıvan Müəllimlər İnstitutunun rektoru olub. (Azvision.az)