"Doğum günümü evdə, doğmalarımla, ailə üzvlərimlə birlikdə qeyd edirəm. Onlar məni təbrikə gəliblər. Xüsusi, dəbdəbəli ad günü etmirəm. Ev atmosferindəyik, evdə yığışmışıq"

Metbuat.az xəbər verir ki, bu fikirləri moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Dilarə Əliyeva bildirib.

O daha sonra əlavə edib:

"Sevənlərimə, sevdiklərimə can sağlığı arzulayıram. Heç vaxt istəklərimi maddiyat üzərində kökləyib deyə bilmərəm ki, bunu istəyirəm, onu istəyirəm. Zatən bu özü-öz axarında olur. Nəyəsə ehtiyacım və tələbatım yaranırsa onu əldə edirəm. Bunun üçün xüsusi, özəl gün gözləmirəm" deyə bildirib.

Sevilən aktrisa "Bu qədər işi necə çatdırırsız?" sualına özünəməxsus cavab verib:

"Çatdırıram. Qaça-qaça çatdırıram. Elə qaçaqaçda oluram. Yolüstü nəvələrimi də görməyə vaxt edirəm" deyə aktrisa bildirib.