Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanıldı

Bakıda qadını döyərək xuliqanlıq edən şəxs saxlanıldı
19:27 6 Dekabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "102" Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində "KİA" markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/808411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR