Gənc qızdan onu təhqir edən qadına gözlənilməz hərəkət -

ABŞ-da gənc qız mübahisə etdiyi şəxsin üzərinə avtomobillə hücum edib.

Metbuat.az nypost.com-a istinadla xəbər verir ki, ABŞ-da iki qadın mübahisə etməyə başlayıb və onlardan biri təhqiredici sözlərlə qıza hücum edib. Avtomobildə oturan qız isə sakit şəkildə fikrini izah etməyə çalışıb. Digər qadın ona qulaq asmadan qızı döyüb, daha sonra onun avtomobilinə zərər verməyə başlayıb.

Hücuma məruz qalan qızın intiqamı isə daha sərt olub. O, sakit şəkildə avtomobilini sürməyə başlayıb və sürətlə geri qayıdaraq onu təhqir edən qadının maşınını əzib.

Həmin qadın isə iki avtomobilin arasında qalmaqdan son anda qurtulub. Hadisə anbaan həvəskar kameralar tərəfindən qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR