Maşını olmayanların nəzərinə - Rent a Car Baku

Yeni il tətili yaxınlaşdıqca bölgələrimizə üz tutmaq istəyən şəxslərin sayı hər gün daha da artır. Ölkə xarici yeni il turlarına nisbətdə, əlbəttə ki, bu, daha sərfəlidir.

Şəxsi avtomobili olan insanlar üçün rayonlarımızda gəzinti, bayramı qeyd etmək ideal variant kimi səslənsə də, təəssüf ki, maşını olmayanlar bu mövzuda bəzi çətinliklərlə qarşılaşırlar.

İlkin olaraq, ağlımıza təbii ki, daxili turlar təşkil edən şirkətlər gəlir. Lakin uzun yolu avtobusla, tanımadığı digər sərnişinlərlə səyahət etmək rahatına düşkün olanlar üçün heç də əlverişli deyil. Üstəlik, qəfil planlar meydana çıxanda və ya fərqli məkanlara getmək istədiyiniz zaman ümumi avtobuslar sizə yardım edə bilməyəcək.

Bu halda isə ən optimal çıxış yolu icarəyə avtobomil götürməkdir. Bakıda avtomobil kirayəsi ilə məşğul olan bir çox şirkət fəaliyyət göstərir. Avtomobil icarəsi qiymətləri, eyni zamanda, göstərdikləri xidmət keyfiyyətləri də müxtəlifdir. Ən keyfiyyətli və ucuz maşın kirayəsi tapmaq isə elə də asan məsələ deyil. Maşının şirkətin vəd etdiyi kimi rahat, yeni, həmçinin sığortaya malik olması vacib şərtlərdir.

Bakıda avtomobil icarəsi ilə məşğul olan şirkətlər arasında güvənilən olması ilə seçilən "Premium-R" Rent a Car yuxarıda sadaladığımız tələblərin hər birinə tam şəkildə cavab verir. Şirkət qanunlar çərçivəsi daxilində yeni, rahat, sizi yarı yolda qoymayacaq və sığortalı maşınların kirayə verilməsini təmin edir. Avtomobillərin icarə qiymətləri isə olduqca sərfəlidir. Çünki maşınlar hər sinfə və büdcəyə uyğun qruplaşdırılaraq geniş seçim imkanı yaradır.

Azərbaycanda ən ucuz avtomobil icarəsi şirkəti olan "Premium-R" Rent a Car müştərilərin rahatlığını nəzərə alaraq, onlayn sifariş sistemini də təklif edir. Belə ki, əlavə vaxt sərf etmədən, elə oturduğunuz yerdə şirkətin vebsaytına daxil olub avtomobillərin real fotolarına baxa və sifarişinizi onlayn şəkildə edə bilərsiniz.

Peşəkar və təcrübəli komandaya malik "Premium-R" Rent a Car müştərilərə günün 24 saatı texniki dəstək xidməti də göstərir. Avtomobillə bağlı hər hansı problem yarandığı təqdirdə, o, mütəxəssislər tərəfindən dərhal aradan qaldırılır.

Ətraflı məlumat və onlayn sifariş üçün:

https://premiumrent.az

+994 (50) 706-22-12

+994 (55) 706-22-12


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR