Süni intellekti bir milyard dəfə gücləndirəcək inqilabi yenilik edildi

Çinli tədqiqatçılar süni neyron hazırlayıblar.

Metbuat.az xəbər verir ki, süni neyron bioloji neyronların funksiyalarını təqlid edə və məlumatları təbii neyronlardan milyard dəfə tez emal edə bilir. Bu yenilik süni intellekt və qabaqcıl kompüter texnologiyalarında inqilab edə bilər. Honq-Konq Çin universitetinin tədqiqat qrupunun rəhbəri Çaoran Huanq bildirib ki, yeni neyronlar mövcud fotonik neyronların fəaliyyət məhdudiyyətlərini aşaraq daha intensiv işləmə potensialına malikdir. Bu texnologiya ilə süni intellektlə qərar vermə proseslərini həm daha intensiv, həm də daha səmərəli etmək olar.

Qeyd edək ki, bioloji neyronlar iki əsas növə bölünür: pilləli və dalğalı. Pilləli neyronlar siqnalları dəqiq və daim dəyişən şəkildə emal edərkən, dalğalı neyronları siqnalları ya tamamilə ötürür, ya da ötürmür. Yeni hazırlanmış neyronlar pilləli neyronların işini simulyasiya edərək üstün intensivliyi və dəqiqliyi təmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı