Kəlbəcərdə ağır qəza - Qadın hərbçimiz öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı