Eyvandan yıxılan 3 yaşlı uşaq öldü

Ağdərədə azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Ömər Ağazadə yaşadıqları binanın 5 mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı