Azərbaycanın 23 yaşadək minifutbolçulardan ibarət yığmasının Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq.

Bu görüş sabah Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.