Çin ABŞ-nin bəzi əməkdaşlarına viza məhdudiyyəti tətbiq etmək qərarına gəlib.
Metbuat.az-ın xəbərinə görə, bu barədə "Reuters" Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinə istinadən məlumat verib. Qərar Tibetlə bağlı məsələlərdə "özünü pis aparan" ABŞ rəsmilərinə şamil ediləcək. Bu bəyanat Vaşinqtonun əcnəbilərin Tibet ərazisinə çıxışı məsələlərində iştirak edən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etməsindən sonra verilib.