Cənubi Amerika ölkəsi Ekvadorda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin şimal-qərbində yerləşən Esmeraldas bölgəsi sahillərində baş verib.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfatla bağlı rəsmi məlumat verilməyib.