Türkiyəli mütəxəssis İsmail Kartal İranın “Traktor” klubunu çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Daha əvvəl Təbriz təmsilçisinin təcrübəli məşqçi ilə anlaşmaq istədiyi və tərəflər arasında danışıqların başladığı iddia olunmuşdu. Kartal isə İran mediasına açıqlamasında klubdan konkret təklif almadığını söyləyib. O, “Fənərbaxça”dakı fəaliyyətini başa vurduqdan sonra bir müddət futboldan uzaq qalaraq istirahət etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, türkiyəli məşqçi 2024-2025 mövsümünün ikinci yarısında İranın “Persepolis” klubuna rəhbərlik edib.