ABŞ-ın Kaliforniya ştatında, San Dieqodan 70 km şimal-şərqdə 5,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
“NBC Nyus”da yer alan məlimata görə, səhər saatlarında baş verən təkanlar panikaya səbəb olub, sakinlər küçələrə çıxıb.
Zəlzələ Los-Ancelesdə də hiss edilsə də, tələfat və dağıntı olmayıb.
Bölgədə afterşoklar davam edir.