ABŞ gömrük rüsumlarından qurtulmaq istəyən ölkələrə bir sıra şərtlər irəli sürüb.
Metbuat.az xəbər verir ki, Vaşinqton ABŞ-nin şərtlərini qəbul edən ölkələrlə razılaşma əldə edəcək. “Washington Post”un xəbərinə görə, tələblərə daha çox Amerika qazının alınması, ABŞ mallarına tariflərin aşağı salınması və Amerika texnologiya nəhənglərinə vergilərin azaldılması daxildir.
Xəbərədə, "Amerika şirkətlərindən daha çox təbii qaz alışı. Amerika ixracatına rüsumların aşağı salınması. Texnologiya nəhənglərinə daha az vergi. ABŞ-yə öz mallarını göndərmək üçün başqa ölkələrdən istifadə edən Çini dayandırmaq tələbi. Bunlar Tramp administrasiyasının yüksək tariflərdən qurtulmağa çalışan onlarla ölkə ilə danışıqlarda irəli sürülən tələblərdən yalnız bir neçəsidir" - deyə bildirilib.