“WhatsApp” söhbətlərdə emojilər, stikerlər, GIF-lər və animasiyaları söndürməyə imkan verəcək funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, “WhatsApp” bununla bağlı seçimlər də təklif edib. Yeniliyə əsasən istifadəçilər emojilər, stikerlər, GIF-lər və animasiyaların hamısını və ya bunlardan bəzilərini söndürə bilər. Bildirilir ki, emojiləri söndürdükdə, tətbiqə gələn emoji animasiyaları söndürülür. Emojiləri tamamilə söndürülmür, onlar hərəkətsiz görünəcəklər. Eyni vəziyyət stikerlərə də aiddir. GIF-lər söndürüldükdə, onlar hərəkətsiz qalacaqlar.
GIF-lərin üzərinə klikləməyincə hərəkətsiz qalacaqlar. Yenilik “WhatsApp”ın beta versiyasında istifadəyə verilib.