Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur - Alimlər

Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur - Alimlər
19:37 7 Dekabr 2019
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaldaraq, insanların daha sağlam və uzun yaşamasını təmin etdiyini açıqlayıblar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Amerika Ürək Cəmiyyətinin mütəxəssisləri vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaltdığını bildiriblər.

Alimlərin etdiyi araşdırma çərçivəsində, təxminən 2 min insana ürək kateterizasiyası tətbiq olunub, bu şəxslərin arasından 389 nəfərə nizamlı aralıqlarla aclıq pəhrizi etdirilib. Xəstələrin hamısının sağlamlıq vəziyyəti, təxminən 4.5 il boyunca araşdırılıb.

Nəticə olaraq, aclıq pəhrizi edənlərdə ölüm nisbətinin, araşdırmaya qatılan digər xəstələrə nisbətən 45% daha az olduğu məlum olub.

Mütəxəssislər eyni xəstələr haqqında məlumatları da təhlil edərək, aclıq pəhrizi edənlərdə infarkt hadisələrinin 71% daha az rast gəlindiyini müəyyən ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/808315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR