Lənkəran, 18 may, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, kiçikyaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Uşaqların maraqla izlədiyi tamaşada rolları Əməkdar Artist Sücəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva və başqaları ifa ediblər.
Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş “Şah və əks-səda” pyesi növbəti dəfə uşaqlara təqdim edilib