Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının həkim heyəti Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupunun ürək-damar cərrahı professor Bülent Polat, pediatr-neonatoloqu Ozan Uzunhan ilə birlikdə 16-17 dekabr və pediatrik kardioloqu professor Yalım Yalçın 16 dekabr 2019-cu il il tarixlərində ürək qüsurlu balaca pasiyentləri qəbul edəcək, onları müayinə edib zəruri müalicə təyin edəcəklər.

Müayinələrə yazılmaq üçün (012) 404-08-08 telefon nömrəsinə zəng vurun və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yazın. Yazılmağa tələsin, müayinə üçün yerlər məhduddur!

Qeyd edək ki, Florence Nightingale Xəstəxanalar Qrupu Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin