Bakının Xəzər rayonunda qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Etibar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Tərlan Əkbərovun icratına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Türkan qəsəbəsi, Üzümçülük bağları yaşayış massivində baş verib. Qonşular arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Bu zaman 42 yaşlı Abdullayev Zahid İsmayıl oğlu E.Məmmədov tərəfindən bıçaqlanıb.
Məlumata görə, tərəflər arasında dava torpaq sahəsinin satılması ilə bağlı borc mübahisəsinə görə yaranıb.
E.Məmmədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham verilib.