Rumıniya səfiri BDU-da olub (FOTO)

Rumıniya səfiri BDU-da olub (FOTO)
20:08 20 Dekabr 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

BDU-dan Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor onu Universitetdə görməkdən məmnun olduğunu bildirib. E.Babayev Rumıniya universitetləri ilə əlaqələrdən bəhs edib, elm və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişafına xüsusi önəm verdiyini vurğulayıb, 28-29 may 2019-cu il tarixlərində Buxarest şəhərində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans barədə danışıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Dan İanku BDU ilə Rumıniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3166991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR