"Restoranlarda kişidən çox qadınlar olur" - Rövşanə

"Restoranlarda kişidən çox qadınlar olur" - Rövşanə
17:17 22 Dekabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Üzümə heç bir plastik müdaxilə etdirməmişəm. Nə botoksum var, nə başqa bir şey. Çünki əsəb, stress yaşamıram. Heç kimin də paxıllığını çəkmirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Səhər-səhər" verilişində deyib. O, üzündə heç vaxt estetik müdaxilə etdirmədiyini söyləyib:

"Nə var verilişdə hamının üzünə deyirəm. Başqaları ilə bölüşə biləcək heç nəyim yoxdur. Müğənnilərlə bölüşəcək toyum, pulum yoxdur. Kiminsə ailəsiylə işim olmur. İşimi görürəm, gedirəm evimə. Ruzini Allah verir. Versə verəcək, verməsə də verməyəcək".

Rövşanə daha sonra qadınlardan bəhs edib. O, "Restoranlara gedirsən kişidən çox xanım var. Daha aktivləşiblər. Xanımlar avtomobil sürməyə başlayandan, çox dəyişiblər" sözlərini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/812489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR